Xəzər Xəbər

Əkin subsidiyasının verilmə müddəti uzadılıb

İqtisadiyyat | 17:24 • 17 Dekabr 2024
Əkin subsidiyasının verilmə müddəti uzadılıb

İstifadəsində olan 10 hektar və daha çox torpaq sahəsində sığortalanmalı olan bitkinin becərilməsinə görə əkin subsidiyası 2030-cu il yanvarın 1-dək veriləcək.

Xezerxeber.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydasına edilən dəyişiklikdə əksini tapıb.

İstifadəsində olan 10 hektar və daha çox torpaq sahəsində (sahələrində sığortalanmalı olan bitkinin becərilməsinə görə) əkin subsidiyası sığorta müqaviləsi bağlandıqdan sonra verilir.

Əkin subsidiyasının tətbiqi üçün sığortalanmalı olan bitkilərin siyahısı təsdiq edilərkən həmin bitkilərin ixracyönümlü olması və ya ərzaq təhlükəsizliyinin təmin edilməsindəki rolu əsas götürüləcək.

Xəbər lenti

Çox oxunanlar