Xəzər Xəbər

DGK Azərbaycanda qısa idxal bəyannaməsinin bir bəyannamə ilə əvəz ediləcəyini DEYİB

İqtisadiyyat | 13:50 • 17 Dekabr 2024
DGK Azərbaycanda qısa idxal bəyannaməsinin bir bəyannamə ilə əvəz ediləcəyini

Azərbaycanda qısa idxal bəyannaməsinin bir bəyannamə ilə əvəzlənməsi planlaşdırılır.

Xezerxeber.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini Natiq Şirinov Bakıda keçirilən Gömrük-Biznes Forumu çərçivəsində panel sessiyada bildirib.

“Bildiyiniz kimi, hazırda sərhəd keçidinə qədər ən azı 1 saat əvvəl qısa idxal bəyannaməsi, daha sonra isə ölkə daxilində idxal gömrük bəyannaməsi təqdim olunur. Komitə olaraq gələcəkdə qısa idxal bəyannaməsini vahid bəyannamə ilə əvəz etməyi planlaşdırırıq”, - deyə o qeyd edib.

N. Şirinov vurğulayıb ki, bu, sahibkarların idxal və daşımacılıq proseslərini daha sürətli və rəvan həyata keçirməsinə imkan yaradacaq.

Xəbər lenti

Çox oxunanlar