Xəzər Xəbər

2025-ci ildə Azərbaycanda ÜDM-in artım tempi 3,5 faiz proqnozlaşdırılır

İqtisadiyyat | 14:03 • 16 Dekabr 2024
2025-ci ildə Azərbaycanda ÜDM-in artım tempi 3,5 faiz proqnozlaşdırılır

Makroiqtisadi proqnozlara əsasən, 2025-ci ildə ümumi daxili məhsulun 3,5 faiz (129,2 milyard manat), qeyri-neft sektoru üzrə 4,9 faiz real artım tempi proqnozlaşdırılır.

Xezerxeber.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin dekabrın 16-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Baş nazir bildirib ki, büdcənin hazırlanması zamanı cari vəzifələr, milli inkişaf məqsədlərinə nail olmaq üçün prioritet xərc istiqamətləri və yeni layihələrin uğurlu həyata keçirilməsi üçün büdcədə zəruri maliyyə təminatı yaradılıb.

“Ənənəvi olaraq hərbi gücümüzün artırılması bizim üçün bir nömrəli prioritetdir. Gələn ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri ümumi büdcə xərclərinin 20,6 faizini - 8,6 milyard manat təşkil edir”, - deyə Ə.Əsədov vurğulayıb.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024