Xəzər Xəbər

Naxçıvana dotasiyanın məbləği 34,8 milyon manat azaldılır

İqtisadiyyat | 13:50 • 16 Dekabr 2024
Naxçıvana dotasiyanın məbləği 34,8 milyon manat azaldılır

Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalarını və ona müvafiq olaraq büdcədənkənar xərclərini 40 milyon manat məbləğində artırmaq nəzərdə tutulub.

Xezerxeber.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, əlavə gəlir potensialının səfərbər edilməsi yolu ilə bir sıra publik hüquqi şəxslərə xərclərini dövlət büdcəsi hesabına deyil, daha çox öz gəlirləri hesabına təmin etmək tövsiyə edilib.

“Nəticədə 159 milyon manat vəsaitin bu təyinat üzrə sərbəstləşdirilməsi, tam həcmdə ölkəmizin müdafiə və milli təhlükəsizliyinin daha da gücləndirilməsi ilə bağlı tədbirlərinin əlavə maliyyə təminatına yönəldilməsi ilə müdafiə və milli təhlükəsizlik xərclərinin dövlət büdcəsindəki ümumi məbləği 8 milyard 555 milyon manata çatdırılır. Həmçinin Naxçıvan Muxtar Respublikasına dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılması nəzərdə tutulmuş dotasiyanın məbləği 34,8 milyon manat azaldılır və eyni məbləğdə vəsait muxtar respublikanın ərazisində fəaliyyət göstərən Dövlət Su Ehtiyatları Agentliyinin maliyyə təminatına yönəldilir. Təklif olunan dəyişikliklər qəbul edildiyi təqdirdə 2025-ci il üçün həm dövlət, həm də icmal büdcələrinin gəlir və xərcləri bərabər olaraq 40 milyon manat artır, yəni dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat, xərcləri 41 milyard 407 milyon 600 min manat, icmal büdcənin gəlirləri 43 milyard 950 milyon 500 min manat, xərcləri 47 milyard 629 milyon 400 min manat təşkil edəcək”, - deyə Samir Şərifov qeyd edib.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024