Xəzər Xəbər

Komitə sədri: Bir neçə yüz ünvanda qəzalı binalar müəyyənləşdirilib

İqtisadiyyat | 15:03
Komitə sədri: Bir neçə yüz ünvanda qəzalı binalar müəyyənləşdirilib

Bakı və bir çox ünvanda qəzalı binalar var. Əhalinin müraciətləri əsasında bu binaların müayinəsi aparılıb.

Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyi ilə bir neçə yüz ünvanda qəzalı binalar müəyyənləşdirilib.

“Hazırda 200-dən çox bina, 7 mindən çox mənzil təhlil olunub. Son dövrdə təxminən onların yarısı inventarizasiya olunub. Hazırda özəl qiymətləndiricilər dəvət olunub. Tezliklə bu işlər ardıcıl həll olunacaq. Artıq 600-dən çox mənzilin problemi həll olunub”, - deyə komitə sədri qeyd edib.

Xəbər lenti

Çox oxunanlar