Xəzər Xəbər

Dünya Bankı Ukraynaya 454 milyon dollar ayıracaq

İqtisadiyyat | 13:50 • 10 Dekabr 2024
Dünya Bankı Ukraynaya 454 milyon dollar ayıracaq

Ukrayna səhiyyə sahəsinin inkişafı üçün Dünya Bankından 454 milyon dollar alacaq.

Xezerxeber.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Denis Şmıqal sosial şəbəkədə məlumat verib.

"Bu, hökumətin tibbi zəmanətlər proqramı üzrə prioritet maliyyələşdirmə səylərini dəstəkləyəcək. Vəsait səhiyyə sistemində islahatların aparılmasına və səmərəliliyinin artırılmasına yönəlmiş THRIVE layihəsi çərçivəsində ayrılacaq", - o qeyd edib.

Daha əvvəl ölkənin Maliyyə Nazirliyi sosial sahənin inkişafı üçün Dünya Bankının 664 milyon dollar məbləğində əlavə vəsaitin ayrılmasını təsdiq etdiyi barədə məlumat vermişdi.

Xəbər lenti

Bakıya qar yağacaq
18:15 • 11 Dekabr 2024
Külək güclənəcək
16:37 • 11 Dekabr 2024