Xəzər Xəbər

Bu il 338 min 621 mülkiyyətə çıxarış verilib

İqtisadiyyat | 12:00 • 10 Dekabr 2024
Bu il 338 min 621 mülkiyyətə çıxarış verilib

Cari ilin yanvar-noyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlak üzərində 338 min 621 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

Əmlak Məsələləri Dövlət Xidmətindən Xezerxeber.az-a verilən məlumata əsasən, bu göstəricinin 58 min 812-si (17,4 faiz) ilkin, 279 min 809-u isə (82,6 faiz) isə təkrar qeydiyyatın payına düşür.

Bu ilin 11 ayında fərdi yaşayış və bağ evi üzərində - 57 min 225 mənzil üzərində - 78 min 347, torpaq sahəsi – 191 min 204, qeyri-yaşayış binası – 3114, qeyri-yaşayış sahəsi – 7940, əmlak kompleksi - 738, çoxmərtəbəli yaşayış binası üzərində isə 53 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 88 min 494-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.

Bu ilin yanvar-noyabr ayları ərzində 255 min 838 texniki pasport tərtib edilib, 67 min 648 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Xəbər lenti

Bakıya qar yağacaq
18:15 • 11 Dekabr 2024
Külək güclənəcək
16:37 • 11 Dekabr 2024