İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanına səfər çərçivəsində bu ölkənin energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud ilə görüşüb.
Xezerxeber.az-ın məlumatına görə, bu barədə M.Cabbarov "X" sosial şəbəkəsində yazıb.
Nazir bildirib ki, görüş zamanı iki ölkənin "yaşıl" enerji gündəliyinin prioritet istiqamətləri, bu sahədə birgə fəaliyyətin uğurlu nəticələri və ölkələrimiz üçün faydaları barədə söhbət aparılıb.
Görüşdə enerji keçidində potensial layihələr üzrə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.