Xəzər Xəbər

Haqsız rəqabətə yol verən sakibkarlara 190 min manat maliyyə sanksiyaları tətbiq edilib

İqtisadiyyat | 18:14 • 3 Dekabr 2024
Haqsız rəqabətə yol verən sakibkarlara 190 min manat maliyyə sanksiyaları tətbiq edilib

Cari ilin yanvar-oktyabr ayları ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən haqsız rəqabətə yolvermə ilə əlaqədar baxılması başa çatmış işlər üzrə 5 bazar subyektinə 189,7 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə müvafiq icrası məcburi göstəriş verilib.

Dövlət Xidmətindən Xezerxeber.az-a bildirilib ki, qeyd edilən dövr ərzində 23 bazar subyekti tərəfindən digər bazar subyektinin əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yolvermə əlamətləri, 29 bazar subyekti tərəfindən isə bir sıra mal və ya xidmətlərin reklamı zamanı reklam qanunvericiliyinin tələblərinin pozulması halları könüllü aradan qaldırılıb.

Bu məlumat Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının Əmtəə bazarının səmərəliliyi və rəqabət işçi qrupunun Fəaliyyət Planının tələblərinə əsasən təqdim olunur.

Xəbər lenti

Çox oxunanlar