Xəzər Xəbər

Qazaxıstan Azərbaycana taxıl ixracına subsidiya verə bilər

İqtisadiyyat | 17:59
Qazaxıstan Azərbaycana taxıl ixracına subsidiya verə bilər

Qazaxıstan taxılın xaricə tədarükü xərclərini qismən ödəmək üçün kompensasiya tətbiq etməyi planlaşdırır.

Xezerxeber.az Qazaxıstan mətbuatına istinadla xəbər verir ki, bu qərar cari ildə rekord miqdarda taxıl yığımı şəraitində ixracın dəstəklənməsinə yönəldilib.

“Kənd Təsərrüfatı Nazirliyi taxılın prioritet bazarlara ixracı zamanı nəqliyyat xərclərinin azaldılması məsələsi üzərində işləyir”, - deyə Baş nazirin müavini Serik Jumanqarin bildirib.

Onun sözlərinə görə, taxılın Azərbaycana, Avropa İttifaqı ölkələrinə, Şimali Afrikaya (Azov, Baltik və Qara dəniz limanları vasitəsilə), İrana, Əfqanıstana (Türkmənistandan tranzitlə), eləcə də Cənub-Şərqi Asiya ölkələrinə (Çin vasitəsilə tranzitlə) daşınmasına subsidiyaların verilməsi planlaşdırılır.

Xəbər lenti

Çox oxunanlar