Xəzər Xəbər

Növbəti ilin büdcəsində sosialyönümlü xərclər 16,9 milyard manat müəyyən edilib

İqtisadiyyat | 13:00 • 19 Noyabr 2024
Növbəti ilin büdcəsində sosialyönümlü xərclər 16,9 milyard manat müəyyən edilib

Növbəti ilin büdcəsində sosialyönümlü xərclərimiz 16,9 milyard manat müəyyən edilib ki, bu da cari ildən yuvarlaq olaraq 1,4 milyard manat, təqribən 9 faiz artıqdır.

Xezerxeber.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclis komitələrinin noyabrın 19-da keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, 2023-cü il büdcəsi ilə müqayisə etdikdə, bu göstərici 2,6 milyard manat və ya 18 faiz daha artıqdır. Sosialyönümlü xərclər büdcənin 41 faizini əhatə edir və sosialyönümlü xərclərə əməyin ödənişi məsələləri də daxildir. “Dövlət büdcəsində sosialyönümlü xərclərimizdə əməyin ödənişini istisna etsək, yenə də cari illə müqayisədə təqribən 600 milyon manat artır və 2025-ci il büdcəsində 7,2 milyard manata bərabər olur”, - deyə nazir əlavə edib.

Rubrikanın digər xəbərləri

Ən sürətlə inkişaf edən ölkələr
Ən sürətlə inkişaf edən ölkələr SİYAHI
11:41 • 16 Mart 2025
Neft ucuzlaşıb
Neft ucuzlaşıb
10:22 • 13 Mart 2025
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
09:27 • 13 Mart 2025
Azərbaycanda ÜDM artıb
Azərbaycanda ÜDM artıb
16:39 • 12 Mart 2025
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
09:41 • 11 Mart 2025
“Brent” nefti 70 dollardan enib
“Brent” nefti 70 dollardan enib
09:13 • 11 Mart 2025
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
10:39 • 8 Mart 2025

Xəbər lenti