Xəzər Xəbər

Nazir: İqlim dəyişikliyindən ən çox zərər çəkənlər kənd təsərrüfatı ilə məşğul olanlardır

İqtisadiyyat | 10:45 • 19 Noyabr 2024
Nazir: İqlim dəyişikliyindən ən çox zərər çəkənlər kənd təsərrüfatı ilə məşğul olanlardır

Kənd təsərrüfatı dünyada iqtisadiyyatın ən mühüm sektorlarından biridir. Halbuki fermerlər, kənd təsərrüfatının istehsalı ilə məşğul olanlar iqlim dəyişikliyindən ən çox zərər çəkənlərdir.

Xezerxeber.az xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov COP29 çərçivəsində “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün başladılması: Fermerləri iqlim dayanıqlılığı üçün gücləndirmək” Ərzaq, Kənd Təsərrüfatı və Su Gününün rəsmi açılışında deyib.

O qeyd edib ki, onlar iqlim dəyişikliyinin təsirlərini birbaşa öz üzərlərində hiss edirlər.

“Bu təsirlərə yüksək temperatur, proqnozlaşdırılmamış leysanlar, torpağın deqredasiyası və su qıtlığı daxildir ki, bu da onların həyat tərzinə ciddi ziyan vurur. Lakin qlobal iqlim dialoqlarında onlara çox az diqqət yetirilir. İqlim dəyişikliyinin təsirlərini ilk hiss edən fermerlərə ən son dəstək olunur. Bakı Harmoniya İqlim Təşəbbüsünün əsas məqsədi bunu dəyişdirməkdir”, - deyə M.Məmmədov vurğulayıb.

Nazir əlavə edib ki, harmoniyanın məqsədləri çox sadə, lakin vacibdir: “Harmoniya kənd təsərrüfatı, qida və su sahələrində təşəbbüsləri, koalisiyaları və tərəfdaşlıqları birləşdirən mərkəzi platforma rolunu oynayacaq. Bu platforma fermerlərə praktiki biliklər, rəqəmsal alətlərə çıxış və dünyanın ən yaxşı təcrübələri və innovasiyaları ilə əlaqə yaratmaq üçün yer təmin edəcək. Həmin platformanı yaratmaqla biz fermerlərə təsərrüfatları və gələcəkləri üçün düzgün, davamlı seçimlər etmək imkanı veririk”.

Rubrikanın digər xəbərləri

Neft ucuzlaşıb
Neft ucuzlaşıb
10:22 • 13 Mart 2025
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
09:27 • 13 Mart 2025
Azərbaycanda ÜDM artıb
Azərbaycanda ÜDM artıb
16:39 • 12 Mart 2025
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
09:41 • 11 Mart 2025
“Brent” nefti 70 dollardan enib
“Brent” nefti 70 dollardan enib
09:13 • 11 Mart 2025
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
10:39 • 8 Mart 2025
Ərzaq bahalaşıb
Ərzaq bahalaşıb
08:57 • 8 Mart 2025

Xəbər lenti