Xəzər Xəbər

Nazir: Ümumi məşğulluğun 46 faizi kənd təsərrüfatı sahəsindədir

İqtisadiyyat | 09:48 • 19 Noyabr 2024
Nazir: Ümumi məşğulluğun 46 faizi kənd təsərrüfatı sahəsindədir

“Ümumi məşğulluğun 46 faizi kənd təsərrüfatı sahəsindədir. Burada dayanıqlı transformasiya və keçid məsələləri mühüm məqamlardır”.

Xezerxeber.az xəbər verir ki, bu sözləri ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev COP29 çərçivəsində Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün başladılması: fermerləri iqlim dayanıqlılığı üçün gücləndirmək Ərzaq, Kənd Təsərrüfatı və Su Gününün rəsmi açılışında deyib.

O vurğulayıb ki, əsas məqsəd kənd təsərrüfatı transformasiyasını yüksək səviyyədə dayanıqlı həyata keçirmək və birlikdə işləməkdir: “Bu təşəbbüs sayəsində əməkdaşlıq daha da güclənəcək, sərmayələrin kənd təsərrüfatı sahəsinə axını artacaq və özəl banklar da buraya cəlb olunacaq. Digər əsas məqsəd fermerlərin gücləndirilməsidir, əsas da qadın fermerlərin”.

Onun sözlərinə görə, fermerlər tərəfindən kənd təsərrüfatı sahəsində emissiyalar və tullantılar çoxdur.

“Hər birimiz ərzaq təhlükəsizliyini təmin etməliyik. Qadın fermerlərin iqlim dayanıqlılığının güclənməsində böyük rolu var. Fermer qruplarını dəvət edirəm ki, bu təşəbbüsə qoşulsunlar”,- deyə o qeyd edib.

Rubrikanın digər xəbərləri

Neft ucuzlaşıb
Neft ucuzlaşıb
10:22 • 13 Mart 2025
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
09:27 • 13 Mart 2025
Azərbaycanda ÜDM artıb
Azərbaycanda ÜDM artıb
16:39 • 12 Mart 2025
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
09:41 • 11 Mart 2025
“Brent” nefti 70 dollardan enib
“Brent” nefti 70 dollardan enib
09:13 • 11 Mart 2025
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
10:39 • 8 Mart 2025
Ərzaq bahalaşıb
Ərzaq bahalaşıb
08:57 • 8 Mart 2025

Xəbər lenti