Xəzər Xəbər

Azərbaycan ilə Almaniya arasında ticarət dövriyyəsinin həcmi açıqlanıb

İqtisadiyyat | 15:52 • 18 Noyabr 2024
Azərbaycan ilə Almaniya arasında ticarət dövriyyəsinin həcmi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan ilə Almaniya arasında ticarət mübadiləsinin dəyəri 1,1 milyard dollardan çox olub. Bununla da Almaniya Azərbaycanın əsas altıncı ticarət tərəfdaşı olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev COP29 çərçivəsində təşkil olunan “Yaşıl transformasiya” mövzusunda Almaniya-Azərbaycan yüksəksəviyyəli biznes dialoqunda deyib.

Onun sözlərinə görə, 1 oktyabr tarixinə Azərbaycanda 191 Almaniya şirkəti aktiv fəaliyyət göstərib.

“1995-ci ildən 2024-cü ilin iyun ayına qədər Almaniyadan Azərbaycana yatırılan investisiyaların həcmi 871 milyon dolları üstələyib və bu sərmayələrin 94 faizi qeyri-neft sektorunun payına düşüb. Öz növbəsində, Azərbaycan da Almaniyaya əhəmiyyətli sərmayələr yatırıb və bu investisiyaların ümumi həcmi hesabat dövründə 592 milyon dollar təşkil edib”, - deyə AZPROMO rəhbəri qeyd edib.

Rubrikanın digər xəbərləri

Neft ucuzlaşıb
Neft ucuzlaşıb
10:22 • 13 Mart 2025
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
09:27 • 13 Mart 2025
Azərbaycanda ÜDM artıb
Azərbaycanda ÜDM artıb
16:39 • 12 Mart 2025
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
09:41 • 11 Mart 2025
“Brent” nefti 70 dollardan enib
“Brent” nefti 70 dollardan enib
09:13 • 11 Mart 2025
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
10:39 • 8 Mart 2025
Ərzaq bahalaşıb
Ərzaq bahalaşıb
08:57 • 8 Mart 2025

Xəbər lenti