Xəzər Xəbər

Mərkəzi Bankın sədri manatın məzənnəsindən danışıb

İqtisadiyyat | 15:20 • 18 Noyabr 2024
Mərkəzi Bankın sədri manatın məzənnəsindən danışıb

"Mərkəzi Bankın ilk növbədə mandatı makroiqtisadi sabitliyin təmin edilməsidir. Bu məqsədə nail olmaq üçün hər hansı rejim uyğundursa, onu da seçəcəyik. Bu gün hökumətlə bir yerdə düşünürük ki, makroiqtisadi sabitliyin təmin edilməsi üçün sabit məzənnə rejimi ən əlverişlidir".

Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

"Gələn il, o biri il üzən məzənnəyə keçmək kimi məqsədimiz yoxdur. Bu il, növbəti illərdə də büdcə və orta müddətli xərclərdə də gördüyünüz kimi, manat/dollarda 1,7 məzənnə proqnozlaşdırılıb. Orta müddətli dövrdə də sabit məzənnə rejimini makroiqtisadi sabitliyin təmin edilməsi üçün əlverişli hesab edirik", - deyə Taleh Kazımov bildirib.

Rubrikanın digər xəbərləri

Neft ucuzlaşıb
Neft ucuzlaşıb
10:22 • 13 Mart 2025
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
09:27 • 13 Mart 2025
Azərbaycanda ÜDM artıb
Azərbaycanda ÜDM artıb
16:39 • 12 Mart 2025
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
09:41 • 11 Mart 2025
“Brent” nefti 70 dollardan enib
“Brent” nefti 70 dollardan enib
09:13 • 11 Mart 2025
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
10:39 • 8 Mart 2025
Ərzaq bahalaşıb
Ərzaq bahalaşıb
08:57 • 8 Mart 2025

Xəbər lenti