Xəzər Xəbər

Nazir: Ermənistanın genişmiqyaslı militarizasiya siyasəti müdafiə qabiliyyətimizi daha da artırmağı labüd edib

İqtisadiyyat | 11:33 • 18 Noyabr 2024
Nazir: Ermənistanın genişmiqyaslı militarizasiya siyasəti müdafiə qabiliyyətimizi daha da artırmağı labüd edib

Ermənistanın genişmiqyaslı militarizasiya siyasətinə cavab vermək ölkəmizin müdafiə və təhlükəsizlik xərclərinin artırılmasını, ölkəmizin müdafiə qabiliyyətinin daha da gücləndirilməsini labüd edib.

Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində maliyyə naziri Samir Şərifov deyib.

Nazir əlavə edib ki, xalqımızın rifahının yaxşılaşdırılması ənənəvi olaraq prioritet təşkil edir: “Sosialyönümlü xərclər 2025-ci il dövlət büdcəsində də əsas götürülüb. Prezidentin müvafiq tapşırığının icrası olaraq əməkhaqqı, pensiya, sosial müavinətlər xərcləri üçün 2025-ci ilin dövlət büdcəsində müvafiq məbləğdə vəsait nəzərdə tutulub. Yaşayış minimumu və ehtiyac meyarının 270 manatdan 285 manata çatdırılması nəzərdə tutulub. Sosial təminat və sosial müdafiə xərclərinə 2024-cü illə müqayisədə 9,6 % artıq vəsait ayrılacaq”.

Rubrikanın digər xəbərləri

Ən sürətlə inkişaf edən ölkələr
Ən sürətlə inkişaf edən ölkələr SİYAHI
11:41 • 16 Mart 2025
Neft ucuzlaşıb
Neft ucuzlaşıb
10:22 • 13 Mart 2025
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
09:27 • 13 Mart 2025
Azərbaycanda ÜDM artıb
Azərbaycanda ÜDM artıb
16:39 • 12 Mart 2025
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
09:41 • 11 Mart 2025
“Brent” nefti 70 dollardan enib
“Brent” nefti 70 dollardan enib
09:13 • 11 Mart 2025
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
10:39 • 8 Mart 2025

Xəbər lenti