Xəzər Xəbər

Azərbaycan Avropaya qaz satışını 8,6 faiz artırıb

İqtisadiyyat | 13:12 • 18 Noyabr 2024
Azərbaycan Avropaya qaz satışını 8,6 faiz artırıb

Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan xaricə qaz satışı 20,7 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz çoxdur.

Xezerxeber.az Energetika Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, qeyd olunan dövrdə Avropaya 10,6 milyard kubmetr, Türkiyəyə 8,2 milyard kubmetr, Gürcüstana isə 1,9 milyard kubmetr qaz satılıb.

Bununla da il ərzində Avropaya qaz satışı 8,6 faiz və ya 800 milyon kubmetr, Türkiyəyə isə 1,3 faiz və ya 100 milyon kubmetr daha çox qaz satışı həyata keçirilib. Gürcüstana qaz satışı dəyişməz olaraq qalıb.

Türkiyəyə TANAP-la bu müddətdə 4,7 milyard kubmetr qaz nəql olunub.

Xəbər lenti

Çox oxunanlar