Xəzər Xəbər

Neft cüzi bahalaşıb

İqtisadiyyat | 09:42 • 18 Noyabr 2024
Neft cüzi bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin yanvar müqaviləsinin dəyəri 0.41% artaraq 1 barelə görə 71.33 ABŞ dolları təşkil edib.

Xezerxeber.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti də 0.27% artaraq 1 barelə görə 67.20 ABŞ dolları olub.

Xəbər lenti