Xəzər Xəbər

Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi açıqlanıb

İqtisadiyyat | 11:41 • 1 Noyabr 2024
Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi açıqlanıb

Azərbaycanın strateji valyuta ehtiyatları 72 milyard 832 milyon dollar ətrafındadır.

Xezerxeber.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bura Mərkəzi Bankın və Dövlət Neft Fondunun ehtiyatları daxildir.

Neft və qaz qiymətlərinə gəldikdə T.Kazımov qeyd edib ki, 2024-cü ilin sonuna neftin orta qiyməti 81,4 dollar, 2025-ci il üzrə isə neftin orta illik qiyməti 79,2 dollar olacağı proqnozlaşdırılır: “Qazın qiymətinə gəldikdə isə 2024-cü ilin sonuna qazın orta qiyməti 290 dollar, növbəti il isə bu göstərici 340 dollar olacağı gözlənilir”.

Xəbər lenti

Çox oxunanlar