Xəzər Xəbər

Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər təyin edilir

İqtisadiyyat | 10:04 • 1 Noyabr 2024
Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər təyin edilir

Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər təyin edilir.

Xezerxeber.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi haqqında” məsələ parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 1-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsinə əsasən, Toğrul Nəcəfəli oğlu Əliyev, Gülər Azər qızı Paşayeva, Əli İsmayıl oğlu Əhmədov və Vüsal Cahangir oğlu Xəlilov Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvü təyin olunacaqlar. Eyni zamanda, Rəşad Temraz oğlu Orucov Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvü vəzifəsindən azad ediləcək.

Xəbər lenti

Çox oxunanlar