Xəzər Xəbər

Britaniya və Rusiya arasında idxal-ixrac əməliyyatları 10 dəfə azalıb

İqtisadiyyat | 14:17
Britaniya və Rusiya arasında idxal-ixrac əməliyyatları 10 dəfə azalıb

Böyük Britaniya ilə Rusiya arasında münasibətlər ən pis dövrünü yaşayır və ölkələr arasında ikitərəfli iqtisadi əlaqələr demək olar ki, sıfıra enib.

Xezerxeber.az xəbər verir ki, Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin bunu TASS agentliyinə müsahibəsində deyib.

“Böyük Britaniya ilə Rusiya arasında iqtisadi-ticari münasibətlər uzunmüddətli böhran dövrünü yaşayır. Buna səbəb Böyük Britaniya tərəfindən əvvəllər “strateji dayandırma” adlandırılan plandır. 2022-ci ildə isə burada “strateji məğlubiyyətdən” söhbət gedir. Hazırda çoxsaylı sanksiyalar fonunda hər hansı əlaqə praktiki olaraq mümkün deyil”, - deyə səfir bildirib.

Onun sözlərinə görə, hazırda ikitərəfli iqtisadi əlaqələr demək olar ki, sıfıra enib, idxal-ixrac əməliyyatları isə 10 dəfə azalıb.

“Böyük Britaniyadan Rusiyaya yalnız cüzi məhsul çeşidi daxil olur ki, bu da əsasən tibb və qida məhsullarıdır. Ölkəmizdən Birləşmiş Krallığa ixrac isə əksər hallarda xidmətlərdən ibarətdir”, - deyə diplomat əlavə edib.

Xəbər lenti

Çox oxunanlar