Xəzər Xəbər

Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması qaydası dəyişir

İqtisadiyyat | 12:59
Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması qaydası dəyişir

Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması zamanı reyestrə daxil edilən bildirişdə göstərilən məlumatların əhatə dairəsi genişləndirilir.

Xezerxeber.az-ın xəbərinə görə, bu, Milli Məclisin oktyabrın 22-də keçiriləcək iclasının gündəliyinə daxil edilən “Daşınar əmlakın yüklülüyü haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, həmin məlumatların sırasına daşınar əmlakın seriya nömrəsi də əlavə olunur.

Daşınar əmlakın seriya nömrəsi istehlakçı tərəfindən əmlaka tətbiq edilən hərf, rəqəm və ya onların kombinasiyasından ibarət eyniləşdirmə nömrəsidir.

Xəbər lenti

Çox oxunanlar