Xəzər Xəbər

Maliyyə Nazirliyi 2025-ci ilin dövlət büdcəsinin artırılmasına ŞƏRH

İqtisadiyyat | 19:55
Maliyyə Nazirliyi 2025-ci ilin dövlət büdcəsinin artırılmasına

Maliyyə Nazirliyi Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin gəlir və xərclərinin ilkin variantla müqayisədə 1,7 milyard manat artırımasını şərh edib.

Xezerxeber.az-ın məlumatına görə, nazirlik bəyan edib ki, Prezident İlham Əliyevin göstərişinə əsasən büdcənin müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılıb.

Buna əsas səbəb Ermənistanın genişmiqyaslı militarizasiya siyasətinə cavab tədbirlərinin görülməsi ehtiyacıdır.

"Əlavə xərclərin maliyyələşdirilməsi Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin 1 milyard 700 milyon manat artırılması hesabına təmin ediləcək", - deyə nazirlik bəyan edib.

Xəbər lenti

Çox oxunanlar