Xəzər Xəbər

Azərbaycan və Özbəkistan polipropilen istehsalı üzrə birgə müəssisə yarada bilər

İqtisadiyyat | 12:43 • 28 Sentyabr 2024
Azərbaycan və Özbəkistan polipropilen istehsalı üzrə birgə müəssisə yarada bilər

Azərbaycan və Özbəkistan polipropilen istehsalı üzrə birgə müəssisənin yaradılması imkanlarını müzakirə edir.

"Xarəzm texnoparkında polipropilen və yüksək sıxlıqlı polietilen istehsalı üzrə “SOCAR Polymer” ilə birgə müəssisənin yaradılması perspektivləri var", - məlumatlı mənbə deyib.

Agentliyin müsahibi qeyd edib ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə birgə metanol, butandiol, polioksimetilen və digər kimyəvi məhsullardan propilen istehsalı üzrə layihələr hazırlanır.

Qeyd edək ki, Özbəkistanda kimyəvi məhsul istehsalı üzrə 21 müəssisə fəaliyyət göstərir (böyük zavodlar: "Navoiazot", "Maksam-Çirçik", "Fargonazot", "Ammofos-Maksam" və "Dehkanabad kalium zavodu").

Onların birgə istehsal həcmi 1,5 milyard dolları keçir, ixrac həcmi isə 500 milyon dollardır.

Azərbaycanda 100-dən çox kimya müəssisəsi, eləcə də, Sumqayıt Kimya Sənaye Parkı (31 rezident, investisiya - 3,3 milyard dollar) fəaliyyət göstərir. (trend)

Xəbər lenti

Çox oxunanlar