Xəzər Xəbər

Horadiz - Ağbənd dəmiryolunun əhəmiyyəti AÇIQLANDI

İqtisadiyyat | 12:22 • 23 Avqust 2024
Horadiz - Ağbənd dəmiryolunun əhəmiyyəti

Horadiz - Ağbənd dəmiryolu layihəsi həm beynəlxalq kommunikasiya xətləri, həm də daxili logistika baxımından strateji əhəmiyyətə malikdir.

Bunu "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin şöbə müdiri Fəryaz Rüstəmov deyib.

O bildirib ki, daxili logistikanın optimallaşdırılması sayəsində ölkəmizdə istehsal olunan məhsulların sürətli və etibarlı şəkildə beynəlxalq bazarlara çıxışı təmin olunacaq və bu, ölkəmizin iqtisadiyyatına böyük təsir göstərəcək.

"Azərbaycanın tranzit ölkə rolunu daha da gücləndirir və regionda sülh və sabitlik proseslərinə töhfə verir. Bu layihə fiziki olaraq Azərbaycanı Naxçıvana birləşdirmək, eləcə də, ölkəmizin Avropa və Asiya arasındakı əsas yollardan birinə çevrilmək üçün böyük potensiala malikdir", - deyə o qeyd edib.(trend)

 

Xəbər lenti

MSK daha 20 müraciətə baxacaq
17:00 • 12 Sentyabr 2024