Xəzər Xəbər

Bu il Azərbaycanın neft ixracı 14 milyon tonu ötüb

İqtisadiyyat | 10:32 • 9 Avqust 2024
Bu il Azərbaycanın neft ixracı 14 milyon tonu ötüb

Cari ilin yanvar-iyul ayları ərzində ölkədə neft (kondensatla birlikdə) hasilatı 4,5 faiz azalaraq təxminən 16,9 milyon ton təşkil edib.

Xezerxeber.az Energetika Nazirliyinin yaydığı məlumata istinadla xəbər verir ki, respublika üzrə neft hasilatının 9,7 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,5 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,34 milyon tonu (kondensat) Abşeron yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 4,4 milyon ton təşkil edib.

Hesabat dövründə təxminən 14,1 milyon ton neft (kondensatla birlikdə) nəql olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz azdır. Bunun 12,2 milyon tonu konsorsiumun, 1,9 milyon tonu isə SOCAR-ın payına düşür.

Cari ilin yanvar-iyul aylarında ölkədə neftin emalı ötən ilin eyni dövrü ilə sabit qalaraq 3,7 milyon ton təşkil edib.

Bu ilin iyul ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 80 min 589 ton olub. Bunun 65 min 681 tonunu xam neft, 14 min 908 tonunu kondensat təşkil edib.

Xəbər lenti

Çox oxunanlar