Xəzər Xəbər

“Azəri-Çıraq-Günəşli”nin builki gəlirləri açıqlanıb

İqtisadiyyat | 13:36 • 6 Avqust 2024
“Azəri-Çıraq-Günəşli”nin builki gəlirləri açıqlanıb

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) cari ilin yeddi ayı ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataq bloku üzrə gəlirləri 13,23 faiz azalıb.

Xezerxeber.az Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaydığı məlumata istinadla xəbər verir ki, AÇG yatağından 2024-cü ilin əvvəlindən avqustun 1-i tarixinə 3 milyard 607,7 milyon dollar gəlir əldə olunub.

Ötən ilin müvafiq dövründə AÇG yatağından 4 milyard 158 milyon dollar gəlir əldə edilmişdi.

Xəbər lenti

Çox oxunanlar