Xəzər Xəbər

Orta Dəhliz üzərindən yeni marşrutla ilk yük qatarı yola salınıb

İqtisadiyyat | 16:33 • 1 İyul 2024
Orta Dəhliz üzərindən yeni marşrutla ilk yük qatarı yola salınıb

Çindən Türkiyəyə Orta Dəhliz üzərindən yeni marşrutla ilk yük qatarı yola salınıb.

Azərbaycan Dəmir Yollarından Xezerxeber.az-a bildirilib ki, məişət əşyaları və gündəlik tələbat malları yüklənmiş 110 konteynerdən ibarət qatar iyunun 28-də Çinin Ciansu əyalətinin paytaxtı Nankin şəhərindən Mərkəzi Asiya–Xəzər dənizi–Azərbaycan–Gürcüstan marşrutu ilə İstanbul şəhərinə yola düşüb.

Hazırda Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Qara dəniz üzərindən keçməklə Çin və Avropa arasında yükdaşımalar bir neçə istiqamət üzrə həyata keçirilir.

Xəbər lenti

Çox oxunanlar