Xəzər Xəbər

Azərbaycanda istehlak krediti alarkən həyat sığortası faizlərdən əlavə hesablanacaq AÇIQLAMA

İqtisadiyyat | 17:15 • 5 İyun 2024
Azərbaycanda istehlak krediti alarkən həyat sığortası faizlərdən əlavə hesablanacaq

Azərbaycan Mərkəzi Bankının həyat sığortası ilə bağlı təsdiqlədiyi son qaydaların tətbiqi ilə sığorta tarifləri təxminən 50 faiz azalacaq.

Xezerxeber.az xəbər verir ki, bunu “PAŞA Həyat” sığorta şirkətinin sədri Niyaz İsmayılov Azərbaycan Sığortaçılar Assosiasiyası və Azərbaycan Banklar Assosiasiyasının birgə təşkil etdiyi mətbuat konfransında deyib.

“Yeni qaydalar hələ ki, istehlak krediti götürən fiziki şəxslərə aiddir, digər kreditlərlə bağlı tətbiq edilmir. Əgər hansısa bir sahibkar bankda kredit alan zaman sığorta məhsulu əldə etmək istəsə, bu zaman o müştəriyə sığorta məhsulu ayrıla bilər. Amma ilk olaraq istehlak krediti alan müştərilərə sığorta məhsulu təşviq olunacaq”, - deyə N.İsmayılov qeyd edib.

Niyaz İsmayılov onu da əlavə edib ki, istehlak krediti alan zaman həyat sığortası tarifləri kredit faizlərindən əlavə qaydada müəyyən ediləcək:

“Bu tarif çox aşağı səviyyədə hesablanıb ki, əlçatan olsun. Orta hesabla həyat sığortası tarifi 1 faiz hesablanacaq”.

Rubrikanın digər xəbərləri

Neft ucuzlaşıb
Neft ucuzlaşıb
10:22 • 13 Mart 2025
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
09:27 • 13 Mart 2025
Azərbaycanda ÜDM artıb
Azərbaycanda ÜDM artıb
16:39 • 12 Mart 2025
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
09:41 • 11 Mart 2025
“Brent” nefti 70 dollardan enib
“Brent” nefti 70 dollardan enib
09:13 • 11 Mart 2025
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
10:39 • 8 Mart 2025
Ərzaq bahalaşıb
Ərzaq bahalaşıb
08:57 • 8 Mart 2025

Xəbər lenti