Xəzər Xəbər

Ötən il Azərbaycanda ÜDM 1,1 faiz artıb

İqtisadiyyat | 13:51 • 31 May 2024
Ötən il Azərbaycanda ÜDM 1,1 faiz artıb

2023-cü ildə ölkəmizdə ümumi daxili məhsul (ÜDM) real ifadədə 1,1 faiz artıb və nominal olaraq 111,6 milyard manat proqnoza qarşı 123 milyard manat təşkil edib.

Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili mayın 31-də parlamentin iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini təqdim edərkən deyib.

Bildirib ki, qeyri-neft-qaz sektorunda 3,7 faizlik artım, neft-qaz sektorunda isə əsasən neft hasilatının azalması ilə bağlı 1,7 faiz azalma qeydə alınıb.

Komitə sədri qeyd edib ki, 2023-cü ildə əsas kapitala yönəldilən vəsaitin məbləği əvvəlki ilə nisbətən 9,8 faiz artaraq 20,3 milyard manat təşkil edib. Bu investisiyaların 80,9 faizi daxili mənbələr hesabına formalaşıb, 6,3 milyard manatı (30,9 faiz) neft, 14 milyard manatı isə (69,1 faiz) qeyri-neft sektoruna yönəldilib. Hesabat ilində qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmində 9,3 faiz artım qeydə alınıb.

Xəbər lenti

Çox oxunanlar