Xəzər Xəbər

Parlamentdə ötən ilin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi müzakirə edilir

İqtisadiyyat | 11:44 • 31 May 2024
Parlamentdə ötən ilin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi müzakirə edilir

Milli Məclisdə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə edilir.

Xezerxeber.az xəbər verir ki, qanun layihəsi parlamentin mayın 31-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Qeyd edək ki, 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 35 milyard 236,4 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 4 faiz çox, dövlət büdcəsinin xərcləri 36 milyard 457,9 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 0,5 faiz az və müvafiq olaraq dövlət büdcəsinin kəsiri 1 milyard 221,5 milyon manat və ya təsdiq olunmuş proqnozla müqayisədə 55,3 faiz az olub.

Xəbər lenti