Xəzər Xəbər

Azərbaycanda halal sertifikatlaşdırma prosesinə başlanıb FOTO

İqtisadiyyat | 10:14 • 24 May 2024
Azərbaycanda halal sertifikatlaşdırma prosesinə başlanıb

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) halal sertifikatlaşdırma prosesinə başlayıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə AQTİ məlumat yayıb.

İnstitutda sertifikatlaşdırma ilə bağlı yaradılan komitələrin üzvləri ilə görüş keçirilib.

AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyev bildirib ki, İnstitut tərəfindən halal sertifikatlaşdırma prosesinin təşkil olunması məqsədilə Sertifikatlaşdırma, Qərəzsizlik və Şikayətlər üzrə komitələr formalaşdırılıb.

Komitələrin tərkibi Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri və müəllim heyəti, müstəqil ekspertlər və AQTİ-nin mütəxəssislərindən ibarətdir.

Həmçinin qeyd edilib ki, İnstitutun “HALAL” uyğunluq sertifikatının beynəlxalq səviyyədə tanınması üçün İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMIIC) tərəfindən müəyyən edilmiş beynəlxalq standarta uyğun olaraq Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumuna (HAK) müraciət edilib.

Akkreditasiya tədbirləri çərçivəsində ilkin olaraq “Səhliyalı” Kiçik Müəssisəsində “OIC/SMIIC-1:2019 HALAL qidaya dair ümumi tələblər” standartı üzrə sertifikatlaşdırma prosesi ilə bağlı audit həyata keçirilib.

Müvafiq standarta uyğun olaraq, müəssisədə halal kəsim qaydalarının, qida təhlükəsizliyi və halal standartları üzrə tələblərin yerinə yetirilməsi səviyyəsi və uyğunluğu qiymətləndirilib.

Rubrikanın digər xəbərləri

Neft ucuzlaşıb
Neft ucuzlaşıb
10:22 • 13 Mart 2025
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
09:27 • 13 Mart 2025
Azərbaycanda ÜDM artıb
Azərbaycanda ÜDM artıb
16:39 • 12 Mart 2025
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
09:41 • 11 Mart 2025
“Brent” nefti 70 dollardan enib
“Brent” nefti 70 dollardan enib
09:13 • 11 Mart 2025
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
10:39 • 8 Mart 2025
Ərzaq bahalaşıb
Ərzaq bahalaşıb
08:57 • 8 Mart 2025

Xəbər lenti