Xəzər Xəbər

Bu gün COP29 qonaqlarının hotellərdə yerləşdirilməsi üçün onlayn platforma istifadəyə veriləcək

İqtisadiyyat | 15:55 • 23 May 2024
Bu gün COP29 qonaqlarının hotellərdə yerləşdirilməsi üçün onlayn platforma istifadəyə veriləcək

“COP29-un Azərbaycanda keçirilməsi beynəlxalq ictimaiyyətin ölkəmizə olan etimadının nümunəsidir”.

Xezerxeber.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova COP29 zamanı xarici qonaqların yerləşdirilməsi və turizm imkanlarının təqdimatı mövzusunda keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, Bakı, Sumqayıt və Abşeronda 200-ə yaxın hotel ulduz təsnifatından keçib: “BMT-nin ölkəmizə göndərdiyi komissiya turizm imkanlarını müsbət qiymətləndirib.

Bu gün saat 17:00-da COP29 qonaqları üçün onlayn yerləşdirmə platforması istifadəyə veriləcək. Platformada yalnız ulduz təsnifatından keçmiş 100-dən çox hotel yerləşdirilib. Qiymətlər isə ulduz dərəcəsindən asılı olaraq dəyişir. Qeyd edim ki, qiymətlər ötən COP tədbirlərini nəzərə almaqla sahibkarlar tərəfindən təyin olunacaq. Eyni zamanda, hotellərdən tədbir məkanına birbaşa nəqliyyat xidməti nəzərdə tutulur.

Qeyd edim ki, bu məsələlərlə bağlı 1 000-ə yaxın könüllüyə əlavə təlimlər keçiriləcək”.

Rubrikanın digər xəbərləri

Neft ucuzlaşıb
Neft ucuzlaşıb
10:22 • 13 Mart 2025
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
09:27 • 13 Mart 2025
Azərbaycanda ÜDM artıb
Azərbaycanda ÜDM artıb
16:39 • 12 Mart 2025
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
09:41 • 11 Mart 2025
“Brent” nefti 70 dollardan enib
“Brent” nefti 70 dollardan enib
09:13 • 11 Mart 2025
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
10:39 • 8 Mart 2025
Ərzaq bahalaşıb
Ərzaq bahalaşıb
08:57 • 8 Mart 2025

Xəbər lenti