Xəzər Xəbər

Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçirilib FOTO

İqtisadiyyat | 21:30 • 8 May 2024
Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçirilib

Mayın 8-də Ankara şəhərində Azərbaycan-Türkiyə biznes forumu keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz biznes forumun açılışında iştirak ediblər.

Əli Əsədov və Cevdet Yılmaz açılış mərasimində çıxış ediblər.

Tədbirdə Azərbaycanda və Türkiyədə mövcud olan biznes və investisiya mühiti barədə məlumat verilib, iki ölkənin hökumətlərinin bundan sonra da biznes dairələri arasında dialoqun təşviqinə dəstək vermək əzmində olduqları bildirilib.

Biznes forum çərçivəsində Azərbaycan və Türkiyənin iş adamları arasında ikitərəfli görüşlər keçirilib.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024