Xəzər Xəbər

İpoteka kreditlərinin ümumi məbləği 3 milyard manatı keçib

İqtisadiyyat | 17:03 • 5 Aprel 2024
İpoteka kreditlərinin ümumi məbləği 3 milyard manatı keçib

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 49 276 borcalana 3 milyard 6,359 milyon manat kredit verib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Fondun məlumatında bildirilir.

Qeyd edilib ki, indiyə qədər 439,716 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 4 427 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

Xatırladaq ki, Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.

Xəbər lenti

Çox oxunanlar