Xəzər Xəbər

Ermənistan bankları Rusiyanın “Mir” kartlarına xidmət göstərməyi dayandırıb

İqtisadiyyat | 14:44 • 30 Mart 2024
Ermənistan bankları Rusiyanın “Mir” kartlarına xidmət göstərməyi dayandırıb

“Armenian Card” (ArCa) milli ödəniş sisteminin üzvü olan Ermənistan bankları martın 30-na keçən gecə Rusiyanın “Mir” kartlarına xidmət göstərməyi dayandırıb.

Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı sistemin çağrı mərkəzində təsdiqləyiblər. 

"Bu gündən bizim sistemimizlə işləyən banklar "Mir" kartlarına xidmət göstərməyi dayandırıb. Lazım gələrsə, kartınızı qəbul etməyi dayandırmış konkret banklarla əlaqə saxlaya bilərsiniz", - deyə ArCa mərkəzinin operatoru bildirib.

Ermənistan banklarının “Mir” kartını qəbul etməyi dayandırması faktını ondan istifadə edən İrəvan sakinləri də təsdiqləyib.

"Gecə yarısından sonra "Mir" kartı ilə bir neçə ödənişi qəbul etməyə çalışsaq da, alınmadı. POS terminalımıza Ameriabank xidmət göstərir və o, Rusiya kartlarına xidmət göstərməyi dayandıracağını bəyan edib. Yəqin buna görə də ödəniş keçmir", - deyə bildirilib.

Xəbər lenti

Çox oxunanlar