Xəzər Xəbər

Ukrayna Dünya Bankının proqramı çərçivəsində 1,5 milyard dollar alacaq

İqtisadiyyat | 08:46 • 27 Mart 2024
Ukrayna Dünya Bankının proqramı çərçivəsində 1,5 milyard dollar alacaq

Ukrayna Dünya Bankının proqramı çərçivəsində Böyük Britaniya və Yaponiyadan 1,5 milyard dollar alacaq.

Xezerxeber.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Denis Şmıqal məlumat verib.

"Dünya Bankının Direktorlar Şurası inkişaf siyasətinə dəstək məqsədilə Ukraynaya kreditin bir hissəsi kimi 1,5 milyard dollar ayrılması qərarını təsdiqləyib. Bunun 984 milyon dollarını Yaponiya, 516 milyon dollarını isə Böyük Britaniya ayıracaq", - deyə Baş nazir qeyd edib.

Şmıqal ümid etdiyini bildirib ki, Ukrayna martın sonuna qədər bu vəsaiti alacaq.

Ukrayna 2024-cü il üçün 43,9 milyard dollarlıq rekord büdcə kəsirini planlaşdırır. Ölkə hakimiyyəti bunun böyük hissəsini Qərb müttəfiqlərinin köməyi ilə ödəyəcəyini gözləyir. Kiyev etiraf edir ki, Qərb donorlarının köməyi olmadan onlar yalnız qeyri-hərbi büdcə xərclərini ödəyə biləcəklər. Maliyyə yardımı almasalar, sosial müavinətlərin və dövlət sektorunda çalışan işçilərin maaşlarının ödənilməsində ciddi problemlərlə üzləşəcəklər.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024