ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin may müqaviləsinin dəyəri 0,26 % azalaraq 1 barelə görə 85,56 ABŞ dolları təşkil edib.
Xezerxeber.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,31 % azalaraq 80,82 ABŞ dollar təşkil edib.