2024-cü il fevral ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,3 faiz artaraq, milli valyuta ekvivalentində 24362,5 milyon manat təşkil edib.
Xezerxeber.az Mərkəzi Bankın təqdim etdiyi məlumata istinadən xəbər verir ki, ümumi kredit portfelinin 20370,1 milyon manatı və ya 83,6 faizi uzunmüddətli kreditlərin payına düşüb.
Kreditlərin 96,7 faizi banklar, 3,3 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.
Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 22,2 faiz azalaraq 454,1 milyon manat olmuş və ümumi kredit portfelinin 1,9 faizini təşkil edib.