Avstriya hökuməti Rusiya qazının alınmasını tamamilə dayandırmağı qarşısına məqsəd qoyub.
Xezerxeber.az xəbər verir ki, bunu ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Aleksandr Şallenberq amerikalı həmkarı Antoni Blinkenlə keçirdiyi mətbuat konfransında deyib.
"Avstriya hökumətinin məqsədi 2027-ci ilə qədər Rusiya qazından tamamilə azad olmaqdır", - deyə A.Şallenberq vurğulayıb.
Daha əvvəl Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen bildirmişdi ki, qurum Rusiya kənd təsərrüfatı məhsullarının idxalını məhdudlaşdırmaq perspektivini nəzərdən keçirir.