2024-cü ilin yanvar-fevral aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,7% artaraq 11190,3 milyon manat və ya hər nəfərə orta hesabla 1098,8 manat olub.
Xezerxeber.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə əhalinin sərəncamında qalan gəlirləri 9644,7 milyon manat təşkil edib.