Naxçıvan Muxtar Respublikası istisna olmaqla faktiki olaraq vergi orqanlarında 2718 vəzifəli şəxs fəaliyyət göstərir.
Xezerxeber.az xəbər verir k, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin martın 13-də keçirilən iclasında Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayeva deyib.
O bildirib ki, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə təklif edilən sosial təminatla bağlı fəslin bütün müddəalarının hamısı tətbiq olunacağı halda dəyişikliklərin maliyyə tutumu 4,9 milyon manat nəzərdə tutulur.