Xəzər Xəbər

Mərkəzi Bankın valyuta ehtiyatları rekord səviyyəyə çatıb

İqtisadiyyat | 15:34 • 1 Mart 2024
Mərkəzi Bankın valyuta ehtiyatları rekord səviyyəyə çatıb

2024-cü il mart ayının 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 650.3 milyon ABŞ dolları təşkil edib. Bu, 2015-ci ilin yanvar ayından (12 milyard 680 milyon manat) bəri ən yüksək göstəricidir.

Xezerxeber.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici cari ilin fevral ayının 1-i ilə müqayisədə 0.11% və ya 13.3 milyon dollar çoxdur.

AMB-nin valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 0.32%, 2023-ci ilin mart ayının 1-i ilə müqayisədə isə 23.4% artıb.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024