Xəzər Xəbər

Bakı dairəvi dəmir yolu xəttinin yenidənqurulması planlaşdırılıb

İqtisadiyyat | 12:20 • 26 Fevral 2024
Bakı dairəvi dəmir yolu xəttinin yenidənqurulması planlaşdırılıb

Sumqayıt və Bakı arasında dəmir yolunda kifayət qədər sərnişin sıxlığı var.

Xezerxeber.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib. 

O bildirib ki, ötən ilin əvvəlində günlük 24 min sərnişin daşındığı halda, bu rəqəm indi 30 mindən çoxdur. Sərnişin qatarlarındakı sıxlıq bununla bağlıdır.

O deyib ki, qatarların gecikməsi dünyanın hər yerində baş verir: "Soyuq və qeyri-normal hava şəraitində belə problemlər yarana bilir. Bununla bağlı əsas səbəb dəmiryolu infrastrukturunun çox köhnə olmasıdır. Bakı dairəvi dəmir yolunda elektrik sistemi ötən əsrin 20-ci illərində qurulub. Modernizasiya olunsa da, yolun əsaslı və yenidən təmirə ehtiyac var. Hazırda bunun layihəsi hazırlanır. Yolun tamamilə yenidən qurulması planlaşdırılır", - deyə ADY sədri əlavə edib.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024