Xəzər Xəbər

Monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin yeni siyahısı təsdiqlənib

İqtisadiyyat | 18:45 • 21 Fevral 2024
Monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin yeni siyahısı təsdiqlənib

“Gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin siyahısı” yeni redaksiyada təsdiqlənib.

Xezerxeber.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib. 

Yeni siyahı aşağıdakı kimidir:

- “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti.

- “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti.

- Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti.

- Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan qurumlar (“Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxs və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs).

- Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan qurumlar (“Aztelekom” Məhdud

Məsuliyyətli Cəmiyyəti, Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos), “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti, “AzInTelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti).

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024