Xəzər Xəbər

İcmal büdcənin profisiti proqnozu 5,6 dəfə üstələyib

İqtisadiyyat | 18:08 • 22 Yanvar 2024
İcmal büdcənin profisiti proqnozu 5,6 dəfə üstələyib

2023-cü il icmal büdcəsinin gəlirləri 50 milyard 343,6 milyon manat təşkil edib ki, bu da proqnoza nisbətən 7 milyard 283,5 milyon manat və ya 16,9 faiz, 2022-ci illə müqayisədə isə 7 milyard 246,0 milyon manat və ya 16,8 faiz çoxdur.

Maliyyə Nazirliyindən Xezerxeber.az-a bildirilib ki, icmal büdcənin xərcləri 41 milyard 269,8 milyon manat proqnoza qarşı 956,0 milyon manat (2,3 faiz) az və ya 40 milyard 313,8 milyon manat təşkil edib. Bu da 2022-ci illə müqayisədə 5 milyard 240,2 milyon manat və ya 14,9 faiz çoxdur.

İcmal büdcədə 10 milyard 29,8 milyon manat büdcə artıqlığı (profisit) yaranıb ki, bu da proqnoza nisbətən 5,6 dəfə çoxdur.

Xəbər lenti