İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən sosial şəbəkələrdə reklamla bağlı qanunun tələblərinə tam əməl olunmaması müəyyən edilib.
Xezerxeber.az-ın xəbərinə görə, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ilin yekunlarına dair hesabat tədbirində çıxışı zamanı deyib.
O bildirib ki, mövcud nöqsanların aradan qaldırılması üçün reklamla bağlı qanunvericiliyə dəyişiklik edilməsi üçün təkliflər paketi təqdim olunub.