İlkin məlumatlara əsasən, 2023-cü ilin yekunlarına görə, Azərbaycanın bank sektorunun xalis gəliri 2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə 17 faiz artaraq 1,1 milyard manata çatıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev “Azərbaycan Maliyyə Forumu: Nailiyyətlər və Çağırışlar” forumunda deyib.