Bu gündən etibarən istehsal ili 2013-cü ilədək olan avtomobillərin Gürcüstana idxalı qadağan edilir.
Xezerxeber.az xəbər verir ki, bununla bağlı Gürcüstan hökuməti müvafiq qərar qəbul edib.
Qərara əsasən istehsal ili 2013-cü ilədək olan minik avtomobillərinin 2024-cü il yanvarın 1-dən ölkəyə idxalı qadağa edilir. Lakin qərar qüvvəyə minənədək son 3 ayda alınan və müxtəlif səbəblərdən bu günədək ölkəyə gətirilməsi yubanan avtomobillərin idxalına icazə veriləcək.
Qərarda həmçinin qeyd olunub ki, 2025-ci il yanvarın 1-dən etibarən avtobus və yük maşınları üçün də analoji qadağa tətbiq ediləcək.
Bildirilib ki, sözügedən qərar Gürcüstanın “Avro-5” standartına keçidi ilə bağlıdır.
İqtisadçı ekspertlərin hesablamalarına görə, hazırda Gürcüstanda istifadə olunan minik avtomobillərinin 90 faizindən çoxunun istehsal tarixi 2013-cü ildən aşağıdır.