Noyabrda xarici vətəndaşların bank kartları vasitəsilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 181,8 milyon manat təşkil edib.
Xezerxeber.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın dekabr sayına istinadla bildirir ki, yanvar-noyabr aylarında isə əcnəbilər bank kartları vasitəsilə 2 milyard manatlıq əməliyyat aparıblar.